Maraqlı addım: ÇL oyunundan gələn gəlir tarixi qalanın təmirinə xərclənəcək

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Dinamo” (Zaqred) – "Vardar” (Skopye) matçı üçün satılacaq biletlərdən gələn gəlirlə bağlı maraqlı qərar qəbul olunub. 
 

Newsport.az -ın məlumatına görə, bilet satışından gələn gəlir Xorvatiyadan yerləşən bir tarixi abidənin bərpası üçün ayrılacaq. Belə ki, "Vukovar Su Qalası”nın müəyyən hissəsi sözügedən matçdan gələn gəlirin hesabına təmir olunacaq. 
 
Qeyd edək ki, "Vukovar Su Qalası”  1960-cı ildə Hidrotenha Zaqreb tərəfindən "Naypar-Baska” şəhərində inşa edilmişdi. Qala "Vukovar Davası”na qədər restoran kimi istifadə edilmişdi. "Vukovar Davası” 1991-ci ildə başlamışdı. Məhz serblərin Xorvatiyaya hücumu zamanı sözügedən qala yararsız vəziyyətə salınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right