“Barsa”dan açıqlama: “Yeni müqavilə imzalanacaq”

"Barselona” baş məşqçisi Luis Enrike ilə bir neçə ay sonra yeni müqavilə imzalayacaq. Təcrbəli çalışdırıının rəhbərlikdən yeni təklif aldığı bildirilir. 
 

Newsport.az -ın məlumatına görə, İspaniya mətbuatı iddia edir ki, rəhbərlik mütəxəssislə 2 illik yeni müqavilə imzalamağı planlaşdırır. Klubun vitse-prezidenti Jordi Mestre jurnalistlərə açıqlamasında bu məsələ haqqında danışıb:
 
"İndiki vaxtda Enrike ilə müqavilə haqqında danışıqlarımız olmayacaq. Vaxtı gələndə yeni müqavilə imzalamaq barədə müzakirələrimiz olacaq. Tələsmirik, Luis Enrike də tələsmir.  Qışda onunla yeni müqavilə haqqında danışmaq niyyətindəyik”. 
 
Qeyd edək ki, Enrikenin "Barsa” ilə müqaviləsi 2017-ci ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right