Dünya futbolunun ən istedadlı simalarından biri olan Ronaldinyo bacarığını bu dəfə futzal matçında göstərib.
Newsport.az saytının məlumatına görə, "Barselona"nın sabiq futbolçusu Hindistan Futzal Liqasında baş tutan qarşılaşmalardan birində iştirak edib.
Pol Skouls, Ernan Krespo, Rayan Giqz və Deko kimi məşhurların iştirak etdiyi matçda şou göstərib. 2015-ci ildən bu yana futbolsuz qalan 36 yaşlı futbolçu vurduğu möhtəşəm qollarla azarkeşləri sevindirib.