Millimizin futbolçusu Elnur Cəfərovun formasını geyindiyi "Tondela" klubu növbəti yoxlama görüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, Portuqaliya klubu Lüksemburqun "Benfika" komandası ilə qarşılaşıb. Oyun "Tondela"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Elnur Cəfərov matçın 46-cı dəqiqəsində meydana daxil olub ve sona qədər mübarizə aparıb.
Yoxlama matçı
"Tondela" - "Benfika" 1-0
Qol: Vaqner, 29