Çin Super Liqasının 18-ci turunda "Şanxay Şenhua" - "Şanxay SİPG" matçında xoşagəlməz hadisə yaşanıb.
Newsport.az-ın məlumatına görə, matçın 64-cü dəqiqəsində "Şanxay Şenhua"nın ulduz futbolçusu Demba Banın sol ayağı sınıb.
Rəqib futbolçusu ilə mübarizə zamanı seneqallı hücumçunun ayaq biləyi qırılıb.
Qeyd edək ki, oyun "Şanxay Şenhua" nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.