Ukrayna superkubokunun qalibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, həlledici görüşdə "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) klubları üz-üzə gəlib.
Odessada keçirilən matçın əsas vaxtında komandalar hərəyə bir dəfə fərqlənib - 1:1.
Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (4:3) "Dinamo" klubu superkubokun qalibi olub.
16 iyul
Ukrayna superkuboku
"Şaxtyor" - "Dinamo" - 1:1 (Penaltilər seriyası - 3:4)
Qollar: Fred, 58 (1:0), Domaqoy Vida, 80 (1:1)