“Lester”in futbolçusu “Çelsi” ilə 5 illik müqavilə imzaladı

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib. 
Newsport.az-ın məlumatına görə, "zadəganlar" "Lester"in futbolçusu N`Qolo Kanteni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bilidirilir ki, Fransa millisinin 25 yaşlı yarımmüdafiəçisi qarşıdakı 5 ili London klubunun uğurları üçün çalışacaq. 

Qeyd edək ki, Kante "Lester"dən öncə "Buloqne" və "Kan" kimi komandalarda forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right