"Zirə”dən ayrılan futbolçu Viktor İbekoyenin taleyinə aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Nigeriya əsilli futbolçu karyerasını böyük ehtimalla ABŞ-da davam etdirəcək.
Belə ki, 30 yaşlı futbolçu bir neçə gün öncə ABŞ-a səfər etmişdi. O, saytımıza verdiyi açıqlamada sonuncu övladının ABŞ-da doğulmasını əsas gətirmiş və onun sənədlərini qaydasına salmaq üçün ABŞ-a getdiyini vurğulamışdı.
Lakin əldə etdiyimiz məlumata görə, təcrübəli yarımmüdafiəçi ABŞ-a komandalardan biri ilə danışıq aparmaq üçün gedib. Futbolçuya yaxın mənbədən əldə etdiyimiz məlumata görə, o, ABŞ II liqasında mübarizə aparan klubların biri ilə anlaşıb.
Mənbəmiz Viktorun ABŞ-da ilinə 150 000 dollar qazanacağını bildirir