Elnur Cəfərov Portuqaliya klubunun heyətində debüt etdi

Milli  komandamızın üzvü Elnur Cəfərovun formasını geyindiyi Portuqaliyanın "Tondela" klubu yoxlama görüşü keçirib.
Newsport.az -ın məlumatına görə, "Tondela" digər Portuqaliya təmsilçisi "Akademika" ilə qarşılaşıb. Qarşılaşmada 2 qol vurulub və oyun "sülh"lə başa çatıb - 1:1.

 
"Xəzər Lənkəran"ın yetirməsi olan Cəfərov 46-cı dəqiqədə meydana daxil olub və matçın sonuna qədər mübarizə aparıb. Bu, Elnurun "Tondela"da  debüt oyunu kimi yadda qalıb. 

Yoxlama matçı
 

"Tondela" 1-1 "Akademika"
Qollar:
 Vaqner 16` // Yuri 39`. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right