Millimizin rəqibi yeni baş məşqçisinə qovuşdu

2018-ci ildə Rusiyada keçiriləcək DÇ-nın seçmə mərhələsində millimizin rəqibi olan Çexiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Newsport.az Çexiya Fubtol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Karel Yarolim yığmanın yeni baş məşqçisi təyin olunub.
59 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Yarolimin qarşısına "DÇ-2018"in final mərhələsinə vəsiqə qazanmaq hədəfi qoyulub. O, yeni vəzifəsində Fransada təşkil olunan Avropa çempionatından sonra "Anji"də çalışmağa qərar verən Pavel Vrbanı əvəzləyib.
Qeyd edək ki, Karel Yarolim "Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi olan "Mlada Boleslav" klubunun da baş məşqçisidir. Lakin Çexiya klubu Yarolimə yığma komandada işləməyə icazə verib. Onun bir müddət həm yığmada, həm də klubda çalışacağı gözlənilir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right