Çexlərlə statistika: “Qarabağ” 2 oyuna 8 qol buraxıb

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.  

Newsport.az-ın məlumatına görə, sözügedən turnirdə ölkıəmizi təmsil edən "Qarabağ”ın da rəqibinin adına aydınlıq gəlib. 
 
Son çempionumuz II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj” komandasını keçərsə, Çexiyanın "Viktoriya” komandası ilə qarşılaşacaq. Hərçənd ki, "Qarabağ”ın III təsnifat mərhələsinə vəsiqə qazanacağı real görünür. Çünki Ağdam təmsilçisi Lüksemburq təmsilçisi ilə ilk görüşdən qalib ayrılıb – 2:0.

Qurban Qurbanovun komandası sürpriz baş verməyəcəyi təqdirdə "Viktoriya”ya rəqib olacaq ki, təmsilçimiz artıq bir dəfə Çexiya klubları ilə üz-üzə gəlib. Ağdamlılar ilk dəfə 1997-ci ildə Kuboklar Kubokunda sözügedən ölkənin "Yablonets” klubu ilə qarşılaşıb. O zaman çexlər evdə 5:0, səfərdə isə 3:0 hesabı ilə "Qarabağ”ı məyus etməyi bacarıb. 

Bu dueldən başqa təmsilçilərimiz daha 2 dəfə Çexiya klubları ilə qarşılaşıb. 2000-ci ildə "Şəmkir” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Slaviya”ya səfərdə 0:1, doğma meydanda 1:4 hesabı ilə məğlub olmuşdu. 2006-cı ildə isə "Karvan” UEFA Kuboku çərçivəsində yenə "Slaviya” ilə rəqib olmuşdu. Yevlaxlılar Bakıda keçirilən matçda 0:2 hesabı ilə yenilsə də, cavab qarşılaşmasından qolsuz sülhlə ayrılmağa müvəffəq olmuşdu.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 26-27 iyul, cavab matçları isə 2-3 avqustda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right