Qarabağ"ın sabiq futbolçusu Danilo Dias karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Portuqaliyanın "Madeyra" klubundan ayrılan hücumçu "Amerika" ilə müqavilə imzalayıb. Bundan əlavə, "Amerika" klubu "Traktor Sazi"dən Karlos Kardozonu da heyətinə qatıb. 2013/15-ci illərdə "Neftçi"də çıxış etmiş futbolçu Seriya A-da mübarizə aparan klubla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Dias və Kardozonun yeni komandası olan "Amerika" Braziliya A Seriyasında 14 turdan sonra 8 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.