Bakı”nın sabiq futbolçusu Giorgos Pelagias növbəti dəfə komanda dəyişib.
Newsport.az-ın məlumatına görə, son mövsümü Macarıstanın "Tabatanya” klubunda keçirən futbolçu Litva klubuna klubuna keçib.
Belə ki, 31 yaşlı kiprli müdafiəçi Litvanın "Trakay” komandası ilə anlaşıb. O, yeni klubuyla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Pelagias 2013-15-ci illərdə "Bakı”da çıxış edib. O, "zolaqlılar”ın heyətində 34 oyuna çıxıb.