“Milan”ın hücumçusu Karlos Bakka “Vest Hem”in təklifindən imtina edib.
Newsport.az-ın məlumatına görə, klublar öz aralarında 27 milyon avro məbləğə razılaşsalar da, oyunçu İngiltərəyə köçməkdən imtina edib.
Buna səbəb isə kolumbiyalı oyunçunun istədiyi əmək haqqının ödənilməməsidir. Belə ki, Bakka illik 5 milyon tələb etsə də, londonlular 4 milyon ödəmək istəyir. Danışıqlar hələ ki, davam etdirilsə də, Karlos Bakka İspaniyadan – “Atletiko” və “Valensiya”dan təklif gözləyir.