Braziliya millisinin üzvü 2020-ci ilə qədər “Çelsi”də

İngiltərə Premyer Liqasında mübarizə aparan "Çelsi” klubunda yeni müqavilə qeydə alınıb. 
 

Newsport.az-ın məlumatına görə, "zadəganlar” Braziliya millisinin üzvü Villian müqavilə müddətini artırıb. 27 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə əsasən 2020-ci ilə qədər London təmsilçisinin uğurları üçün çalışacaq. 
 
Qeyd edək ki,  karyerası ərzində "Korintias” və "Şaxtyor” kimi komandalarda oynamış Villian 2013-cü ildə "Anji”dən "Çelsi”yə cəlb olunub. O, geridə qalan müddət ərzində komandanın heyətində 93 oyun keçirib və 11 qol vurmağa nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right