Yay transfer dönəmində "Qarabağ”dan ayrılan Samuel Armenterosun yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, isveçli futbolçu karyerasını İngiltərədə davam etdirəcək. Belə ki, 26 yaşlı hücumçu İngiltərə Çempionşipində mübarizə aparan "Bristol Siti” komandasının düşərgəsində baxışdadı.
"Qarabağ”ın heyətində 17 oyuna 6 qol vuran futbolçu ilə bağlı yekun qərarı "Bristol Siti”nin məşqçilər korpusu verəcək.