“Admira”nın baş məşqçisi: “Hesabın böyük olmasına səbəb bu idi”

Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Kəpəz”in rəqibi olan Avstriyanın "Admira” komandasının baş məşqçisi Oliver Lederer ötən gün Rusiyanın "Rostov” komandasına qarşı keçirdikləri yoxlama oyunu haqqında danışıb: 
 
"Buna yoxlama oyunu deməzdim. Biz əsas yox, əvəzedici komandamızın gücünü yoxlamaq üçün meydana çıxşmışdıq. Əsas komandamızın yoxlama oyunu oynamaq üçün vaxtı yoxdu. Biz Avropa Liqasında tez-tez oyunlar keçiririk və buna görə də yoxlama oyunu keçirə bilmərik. Komandamız da yeni mövsümə hazırlaşmalıdı. Yeni mövsüm üçün gənc oyunçularımızın xidmətində də yararlanacağıq. Ötən gün gənc oyunçuları yoxladım, hesabın böyük olmasının səbəbi də bu idi”.
 
Qeyd edək ki, yoxlama matçı "Rostov”un 7-0 hesablı qələbəsiylə başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right