Finalı idarə edən hakim tarixə düşdü

Fransada təşkil olunan Avropa çemionatının final matçını idarə edən Mark Klattenburq tarixə keçib. 
Newsport.az-ın məlumatına görə, 41 yaşlı Klattenburq bir il ərzində 3 final idarə edən ilk referi olub. O, bu il Çempionlar Liqasının, İngiltərə kubokunun və Avropa çempionatının finalını idarə etməklə buna nail olmağı bacarıb. 
Qeyd edək ki, bu rekord ötən gün baş tutan finala qədər Portuqaliyadan olan Pedro Proençaya məxsus idi. Hazırda karyerasını bitirən Proença 2012-ci ildə Çempionlar Liqasının və Avropa çempionatının final matçında ədaləti qorumuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right