"Avro-2016"nın bombardiri müəyyənləşdi

"Avro-2016"nın ən yaxşı bombardiri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Fransa millisinin hücumçusu Antuan Qrizman turnirin bombardiri adını qazanıb.

25 yaşlı futbolçu keçirdiyi 7 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo 3 qol və 3 məhsuldar ötürmə ilə ikinci olub. 

Fransa millisinin digər hücumçusu Olivye Jiru isə bombardirlik siyahısında üçüncü pillədə qərarlaşıb. O da Ronaldo kimi 3 qol vursa da, məhsuldar ötürmələrin sayında (2 ötürmə) rəqibinə uduzub.

Qeyd edək ki, "Avro-2016"nın qalibi adını finalda Fransaya 1:0 hesabı ilə qalib gələn Portuqaliya yığması qazanıb. Bu, Priney təmsilçisinin tarixində ilk Avropa çempionluğu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right