“Real”ın üzvü 23 yaşında karyerasını bitirdi: “Yaşamaq hər şeydən dəyərlidi”

Madridin "Real” klubunun braziliyalı futbolçusu Lukas Silva karyerasını başa vurub. 
 

Newsport.az-ın məlumatına görə, gələcəyin ulduzu kimi göstərilən 23 yaşlı futbolçunun karyerasını bitirməsinə səhhətində yaranan problemlər səbəb olub. Ötən mövsümün əvvəlində 12 milyon avro qarşılığında Lissabon "Sportinq”indən "Real”a cəlb olunan futbolçu ürəyində yaranan problemlərə görə karyerasını başa vurub. 
 
Futbolçu bu barədə şəxsi "instagram” səhifəsində məlumat verib: "Çox mübarizə apardım. Amma alınmadı, bunu bacarmadım. Yaşamaq hər şeydən dəyərlidi. Peşəkar futboldan uzaqlaşsam da, futbolla nəfəs almağa davam edəcəm”. 
 
Qeyd edək ki, gənc futbolçu bir müddət öncə Braziliyada ilin ən yaxşı gənc futbolçusu adını qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right