"Qəbələ"nin sabiq futbolçusu Marat İzmaylov karyerasını Rusiyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı futbolçu "Krasnodar"da çıxış edəcək. İzamyılov komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulub.
Xatırladaq ki, Rusiya millisinin sabiq üzvü olan İzmaylov 2014-cü ildə "Qəbələ"də çıxış edib.