Avropanın yeni çempionu - PORTUQALİYA!!! YENİLƏNİB

Bu gün Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olacaq.

Newsport.az-ın məlumatına görə, bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatacaq.

Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gələcək.

Bu mərhələyə qədər məğlub olmayan komandaların oyunu maraqla gözlənilir.

Fransızlar çempionatın əvvəlindən favoritlərdən sayılırdısa, Portuqaliya millisinin finala qədər gəlməsi o qədər də gözlənilən deyildi.

Fransa millisi indiyədək iki dəfə - 1984 və 2000-ci ildə qitə çempionu adını qazanıb. Portuqaliyalılar isə bir dəfə buna yaxın olub. Onlar 2004-cü ildə ölkərində keçirilən Avropa çempionatının finalında Yunanıstana uduzub.



 

10 iyul

Avropa çempionatı, final

23:00. Portuqaliya - Fransa - 1:0
Qol: 
Eder, 109 (1:0)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right