"Roma" heyətini bir futbolçu ilə gücləndirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriası təmsilçsi "Empoli"dən müdafiəçi Mario Ruini icarəyə götürüb. Müqaviləyə əsasən Rui 1 il müddətində "Roma"nın şərəfini qoruyacaq. Bunun üçün paytaxt klubu "Empoli"yə 3 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Roma" mövsümün sonunda 6 milyon avro ödəyərək M.Ruini birdəfəlik ala biləcək.