AZAL-da Rumıniyada çıxış edən afrikalı futbolçu

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən paytaxtın AZAL komandası yaxın günlərdə heyətini daha bir futbolçu ilə gücləndirə bilər. 
 

Newsport.az-ın məlumatına görə, "təyyarəçilər”in bu dəfə trasnfer edəcəyi futbolçu Afrika qitəsindən olacaq.  
 
Bu barədə məlumatı komandanın baş məşqçisi Tərlan Əhmədov əməkdaşımızla söhbətində məlumat verib: "Transfer çalışmalarımız davam edir. Yaxın günlərdə əcnəbi futbolçu komandamızın düşərgəsinə qoşula bilər. Onun kimliyi haqqında hələlik sizə heç bir məlumat verə bilməyəcəm. Hər şey başa çatdıqdan sonra sizə daha dəqiq açıqlama verə bilərəm.Yalnız onu deyə bilərəm ki, həmin futbolçu Rumıniya çempionatında top qovur və Afrika ölkələrinin birindəndi”.
 
Qeyd edək ki, AZAL yay transferi dönəmində İlyas Səfərzadə, Mahsun Qəmbərli, Elvin Həsənəliyev və Röyal Nəcəfov kimi futbolçularla güclənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right