İspaniya millisinin sabiq qapıçısı Viktor Valdesin yeni iş yerinin adı bəlli olub.
Newsport.az-ın məlumatına görə, son olaraq "Mançester Yunayted”də çıxış edən futbolçu karyerasını yenidən İngiltərədə davam etdirəcək.
34 yaşlı qolkier yenidən İngiltərə Premyer Liqasında mübarizəyə qoşulacaq "Midlsbro” komandası ilə anlaşıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, təcrübəli əlcək sahibi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Valdes "Mançester Yunayted”dən əvvəl "Barselona”da çıxış dib. O, kataloniya klubu ilə birgə 6 dəfə İspaniya çempionu və 3 dəfə Çempionlar Liqasının qalibi olmağı bacarıb.