Samir Məsimovun komandası Avroliqanın növbəti mərhələsində!

Sloveniyanın "Domjale" klubu Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası səfərdə Andorra "Luzitanos"u ilə qarşılaşıb.

Sloveniyalılar doğma meydanda baş tutan ilk oyunda 3:1 hesablı qələbəyə sevinmişdilər. Səfər oyununda da 2:1 hesabıyla üstün olan futbolçumuzun komandası növbəti mərhələyə vəsiqə qazanıb. Məsimovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Domjale" növbəti mərhələdə Belarus "Şaxtyor"u ilə qarşılaşacaq. Soliqorsk təmsilçisi ilk təsnifat mərhələsində Farer adalarının "Runavik" klubuna iki oyunun nəticəsinə görə 7:0 qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right