Albaniya təmsilçisi rəsmən avrokuboklardan uzaqlaşdırıldı

Albaniyanın "Skenderbeu" klubu Çempionlar Liqası turnirindən uzaqlaşdırılıb. UEFA-nın arbitraj məhkəməsi Albaniya klubunun şikayətini rədd edib. Klub 1 illik avrokuboklardan kənarlaşdırılıb. UEFA-nın işçi qrupunun qərarına görə, "Skenderbeu"nu Çempionlar Liqasında Albaniyanın "Partizani" komandası təmsil edəcək.

Newsport.az-ın məlumatına görə, "Partizani" Avropa Liqasının I təsnifat mərhələsində Slovakiyanın "Slovan" komandası ilə ilk oyununu keçirib. UEFA bu oyunun nəticəsini qeydə almayıb və "Slovan" növbəti mərhələyə vəsiqə əldə edib. "Partizani" isə Çempionlar Liqasının II təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, "Skenderbeu" 2013-cü ildə Çempionlar Liqasında Neftçi"ni mübarizədən kənarlaşdırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right