Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda sabah "Neftçi"ylə qarşılaşcaq Malta "Baltsan"ının baş məşqçisi Olivyer Spiteri oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə hamınızın Ramazan bayramını təbrik, qonaqpərvərliyə görə təşəkkür edirəm. Təşkilati işlər yüksək səviyyədə həll edilmişdi. Buna görə "Neftçi" klubuna təşəkkür edirəm. İlk oyun bizim üçün çox çətin keçdi. Daha yaxşısını edə bilərdik. Ancaq məğlub olduq.
- "Baltsan" klubunun avrokuboklarda heç bir qolu yoxdu. Sizcə, komandanız sabah bu tilsimi qıra biləcək?
- "Baltsan" kiçik komandadı. Yeriməyi öyrənməliyik ki, sonra qaçmağı bacaraq. Əlimizdən gələni edəcəyik.
- "Neftçi" sizdə hansı təəssürat oyatdı?
- "Neftçi"nin hücum xəttini xüsusi vurğulayardım. Oyunda gözlədiyim oldu. Keçən mövsümkündən fərqli olaraq bir neçə dəyişiklik olub. Ancaq komandanın əsasını saxlayıblar. "Neftçi" gözlədiyim oyunu sərgilədi.
- Şəhəri gəzdiz. Bakı sizdə necə təəssürat oyatdı?
- Bakı gözəl şəhərdi. Burda Avropa oyunları, Avroziya keçirilib. Malta siyasi baxımdan da Azərbaycanla yaxındı. Ümid edirəm ki, Bakı gələcəkdə daha da gözəlləşəcək.
- Sabahlı oyunda xal qazansaz, ancaq mərhələ adlamasaz, bu, sizi razı salacaq?
- Biz kiçik klubuq. Bayaq da dedim. Biz bu oyunda daha yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Bizim üçün istənilən yaxşı nəticə uğurlu sayıla bilər. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. Ancaq xal qazansaq, bu da bizim üçün uğur sayılacaq.
- İlk oyundakı 0:2 hesablı məğlubiyyətdən sonra komandanı motivasiya etmək çətin olmayacaq ki?
- Hesabın bizim xeyrimizə olmamasına baxmayaraq, futbolçuları motivasiya edə bilirəm. Sabahkı oyunda əlimizdən gələni edəcəyik.