Lionel Messi və atası 21 aylıq həbs cəzasına məhkum edildi

“Barselona”nın hücumçusu Lionel Messi həbs cəzasına məhkum edilib. 

Newsport.az-ın məlumatına görə, bu barədə “Reuter” agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, ulduz futbolçu və onun atası Xorxe Messi 2013-cü ildə vergidən yayındıqları üçün İspaniya Məhkəməsi barələrində həbs qərarı verib.

Argentinalı 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb. Barselona Prokurorluğu bu məsələdə bütün məsuliyyətin futbolçunun atasının üzərinə düşdüyü qənaətinə gəlib. Buna baxmayaraq, İspaniya Məhkəməsi həm Messinin, həm də atasının 21 aylıq həbsinə qərar verib.

Ancaq onlar dəmir barmaqlıqlar arasına düşməyəcəklər. Çünki İspaniya qanunvericiliyinə əsasən, cəza müddəti 2 ildən az olarsa, şəxslər həbs edilmirlər. Məhkəmə Messini 2, atasını isə 1.5 milyon avro məbləğində cərimələyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right