"Bakı"nın sabiq baş məşqçisi Çin klubunda

"Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiçin yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis karyerasını Çində davam etdirəcək. 50 yaşlı mütəxəssis II liqada mübarizə aparan "Dalian Yifanq” klubu ilə anlaşıb. Komanda hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və liderdən cəmi iki xal geridə qalır.


Qeyd edək ki, Pantiç 2013/14 mövsümündə "Bakı”nı çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right