"Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldovanın "Daçiya" komandasının prezidenti Adlan Şişxanov vəzifəsindən istefa verib.
Newsport.az-ın məlumatına görə , Şişxanov bundan sonra klubda menecer kimi çalışacaq.
Bununla bağlı klubun saytına danışan Şişxanov qərarını belə şərh edib: "Menecer vəzifəsi komandaya daha yaxın olmaq, hazırlıqda fəal iştirak etmək və komanda daxilindəki ab-havanı daha yaxşı hiss etmək üçün çox əlverişlidir. Bu vaxta qədər məşqçilərə kömək etmişəm. Bundan sonra da əla imkanlarım olacaq. Mən klubuma mümkün qədər faydalı olmaq istəyirəm”.