Portuqaliya milli komandası Avropa çempionatının yarımfinal matçı öncəsi ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, komandanın aparıcı üzvlərindən olan Pepe zədələnib. 33 yaşlı mərkəz müdafiəçisi yığmanın məşqində iştirak etməyib. Onun AÇ-2016-2016-nın yarımfinalında Uelslə matçda oynayıb-oynamayacağı məlum deyil.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək Portuqaliya - Uels oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.