“Mançester Yunayted”in futbolçusu ölümdən döndü FOTO

"Mançester Yunayted"in futbolçusu Kris Smollinq qəzaya uğrayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Futbolçunun tətildə olduğu Balidə qəzaya uğradığı və təcili tibbi yardımla xəstəxanaya çatdırıldığı qeyd olunub. Xəbərdə həmçinin, futbolçunun həyati təhlükəsi olmadığı vurğulanıb.

 
Smollinqin yaralı vəziyyətdə fotosu sosial şəbəkələrdə yayılıb. Fotodan futbolçunun boyun və başından zədə aldığı aydın görünür. Smollinqin hansı şəraitdə qəzaya uğradığı məlum deyil. İngilis həmkarlarımızın yazdığına görə, bu xəbərin saxta olmaq ehtimalı da var.

 

"Mançester Yunayted"in mətbuat xidmətinin yaydığı xəbərdə isə Smollinqin qidadan zəhərləndiyi bildirilib. 

“Mançester Yunayted”in futbolçusu ölümdən döndü – FOTO

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right