Lüksemburqun "Düdelanj" klubu daha iki yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan bu komanda öncə Paraqvayın "Qabriel" klubunun U-23 komandası ilə qarşılaşıb və 4:1 hesabıyla qalib gəlib.
Daha sonra ağdamlıların rəqibi ölkəsinin digər təmsilçisi "Hamm Benfika" ilə üz-üzə gəlib. "Düdelanj" bu görüşdə də 2:1 hesabıyla üstün olub.
Qeyd edək ki, "Düdelanj" daha öncə yerli "Fola Eş" komandası ilə qarşılaşmış və böyük hesabla uduzmuşdu – 2:6.