Hakimlərimiz Avropa Liqasının oyununda

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, keçiriləcək 3 oyundan sonra mərhələ adlayacaq ilk 3 komanda müəyyənləşəcək.

Günün ilk qarşılaşmasında Maltada "Birkirkara" klubu Bosniya və Herseqovina təmsilçisi "Şiroki Briyeq"i sınağa çəkəcək. Bu komandalar arasında səfərdə keçirilən ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.

Bu oyun Azərbaycandan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi olacaq Rəhim Həsənova Namiq Hüseynov və Vaqif Musayev köməklik edəcək. Rauf Cabbarov isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, digər görüşlərdə "Çixura" (Gürcüstan) evdə "Zimbru"nu (Moldova), "Jenesse Eş" (Lüksemburq) isə "Sent Patriks"i (İrlandiya) qəbul edəcək.


 

5 iyul 

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunları

19:45. "Birkirkara" (Malta) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina)
İlk oyun – 1:1

20:00. "Çixura" (Gürcüstan) - "Zimbru" (Moldova)
İlk oyun – 1:0

20:45. "Jenesse Eş" (Lüksemburq) -  "Sent Patriks" (İrlandiya)
İlk oyun – 0:1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right