Millimizin üzvü Eddi İsrafilovun "Kordoba” macərası da uzun sürməyib.
Newsport.az-ın məlumatına görə, İspaniya mətbuatı Eddinin Sequnda klubundan ayrıldığını yazıb.
Müqaviləylə "Mursiya”ya məxsus olan İsrafilovun "Kordoba” ilə icarə müddəti başa çatıb. Eddi "Kordoba”ya qışda keçmişdi və bu klubda heç cür özünü göstərə bilmədi.
Qeyd edək ki, Eddi mövsüm ərzində "Eybar" və "Kordoba" klublarında icarə əsasında çıxış edib.