Kamerun millisinin üzvü rəsmən “Liverpul”da

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Liverpul” klubu daha bir futbolçunun  keçidini həll edib.
 

Newsport.az-ın məlumatına görə, "qırmızılar” "Şalke”dən Joel Matipi rənglərinə bağlayıb. Klubun rəsmi saytı bu barədə məlumatı təsdiqləsə də, müqavilənin şərtləri barədə heç bir məlumat yaymayıb. Məlumatda futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib. 
 
Qeyd edək ki,  24 yaşlı mərkəz müdafiəçisi "Şalke”nin yetirməsidi. O, 2009-cu ildən bu komandanın şərəfini qoruyur. Matip həmçinin Kamerun milli komandasına da dəvət alır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right