Neymarla anlaşdılar: Yaxın günlərdə müqavilə imzalayır RƏSMİ

Braziliya milli komandasının üzvü Neymarın gələcək taleyinə aydınlıq gəlib. Adı "Mançester Yunayted”, PSJ və "Real” klubları ilə hallanan futbolçu "Barselona”nı tərk etməyəcək.

Newsport.az-ın məlumatına görə, gənc futbolçu Kataloniya klubu ilə yeni müqavilə imzalamağa razılıq verib. 
 
Bu barədə "Barselona”nın preznidenti Xosep Maria Bartomeu bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Klub başkanı bildirib ki, Neymar yaxın günlərdə klublar yeni müqavilə imzalayacaq: "Neymar "Barselona”da qalmaq istəyir. O, yaxın günlərdə bizimlə yeni müqavilə imzalayacaq”. 
 
Qeyd edək ki, 24 yaşlı futbolçunun "Barsa” ilə 5 illik yeni müqavilə imzalayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right