Argentina millisindən Dieqo Simeoneyə rəsmi təklif

Madridin "Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone Argentina milli komandasından rəsmi təklif alıb.

Newsport.az-ın məlumatına görə, Argentina Futbol Federasiyası milli komandanın "sükanı arxası”nda təcrübəli çalışdırıcını görmək istəyib. Lakin Madrid klubunun rəhbərliyi bu təklifə "rədd” cavabı verib. 
 
Bu barədə "Atletiko”nun prezidenti Enrike Karezo İspaniya mətbuatına açıqlamasında məlumat verib: "Argentina Futbol Federasiyasının rəhbərliyi Simeone məsələsi ilə bağlı mənilmə əlaqə saxladı. Təbii ki, mən onlara "yox” cavabı verdim”. 
 
Qeyd edək ki, Argentina milli komandasında son durum qeyri-müəyyəndi. Belə ki, Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi başda olmaqla bir neçə ulduz futbolçu yığma karyerasını bitirdiyini açıqlayıb. Federasiyanın yaxın günlərdə baş məşqçi Tata Martinonu istefaya göndərəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right