İngiltərənin "Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Pep Qvardiolanın rəhbərlik etdiyi komanda Avstraliya milli komandasının üzvü Aron Frank Mooyu rənglərinə bağlayıb.
Klubun rəsmi saytında yer alan məlumata görə, 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Məlumatda bildirilir ki, "şəhərlilər” Mooyun qarşılığında iki futbolçusu – Antoni Kaseres və Luke Brattanı Avstraliyanın "Melbrun Siti” komandasına verib. Adıçəkilən futbolçular növbəti ili icarə əsasında Avstraliyada top qovacaqlar.
Qryd edək ki, Mooy ötən mövsüm məhsuldarlığı ilə diqqət çəkib. O, ötən il Avstraliyada ilin futbolçusu adını qazanıb.