"Qəbələ" klubunun futbol direktoru Toni Adams karyerasını İngiltərədə davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis sabiq komandası "Arsenal"da məşqçilik edəcək.
O, klubun canlı əfsanəsi Tyeri Anri ilə birgə "Arsenal"ı U-18 komandasında çalışacaq.
Qeyd edək ki, futbolçu karyerasında 19 il "Arsenal"ın şərəfini qoruyan Adams "topçular"ın heyətində 674 oyun keçirib.
Xatırladaq ki, daha öncə T.Adamsın Danimarkanın "Bröndbü" klubunun baş məşqçisi təyin olunacağı iddia edilirdi.
qol.az