“Daçiya”nın futbolçusu: “Prezidentimiz bəzi hallarda məşqlərdə də iştirak edir”

Moldovanın "Daçiya” klubunun yarımmüdafiəçisi Denis Kojanov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Kəpəz”lə matçdan (0-0) sonra jurnalistlərin suallarını cavablandırıb: 
 
- "Kəpəz” artıq 16 ildir ki, Avrokuboklarda çıxış etmir. Rəqibinizdən belə oyun gözləyirdiniz?
- Əlbəttə, biz bilirdik ki, çox çətin qarşılaşma olacaq. "Kəpəz” əks hücumlarda çox təhlükəli oynayır. Çətin matç oldu. 
 
- Yayılan xəbərlərə görə, klub prezidenti və bəzi futbolçular "Kəpəz”lə matça ciddi yanaşmırdılar...
- Xeyr, bu, düzgün məlumat deyil. Biz bütün oyunlarımıza ciddi yanaşırıq və hər oyuna qələbə qazanmaq üçün çıxırıq. "Kəpəz” yaxşı komandadı. Ümumiyyətlə, Avrokuboklarda zəif rəqib olmur. 
 
- Komandanıza göztərişləri nəyə görə klub prezidenti verirdi? Məşqləri də Şişxanov keçir?
- Prezidentimiz bəzi hallarda məşqlərdə də iştirak edir. Öz məşqçimizin də təcrübəsinə şübhə yoxdur. 
 
- "Kəpəz”in hesabı açmaq üçün bir neçə dəfə real epizodları oldu. Bəxtiniz gətirdiyini demək olar?
- Komanda öz meydanında oynayır və daha çox qol epizodunun olmağı normaldı. Ancaq şans bizim tərəfimizdə idi. Razılaşıram.
 
- Birinci hissədə zəif çıxış etdiniz...
- İlk hissədə oyunumuz yaxşı alınmadı. 2-ci hissədə isə rahat oynadıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right