"Messi yığmada qalmalıdı. Onun qalması vacibdi”.
Newsport.az-ın məlumatına görə, bu sözləri əfsanəvi futbolçu Dieqo Maradona deyib.
Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Lionel Messinin yığma karyerasını bitirməsi Maradonanı da təəccübləndirib.
O, "Barselona”nın hücumçusunu millidəki karyerasını bitirməməyə çağırıb:
"Leo 2 il sonra dünya çempionu olmaq üçün Rusiyaya yollanmalıdı. Messi ona kömək etmək istəyənləri dinləməlidi. Onun yığmadan getməsi arzusunda olanlar Argentina futbolundakı pis durumu gizlətmək istəyənlərdi. Odu ki, Messi qərarını dəyişməli, yığmada qalmalıdı”.