ŞOK!!! “Daçiya”nın rəsmi saytı Mərdəkanı erməniəsilli məkan kimi təqdim edib

"Kəpəz" klubu Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova "Daçiya"sının rəsmi saytında yer alan məlumatlarla bağlı etirazını bildirib.

Newsport.az-ın məlumatına görə, Moldova klubunun rəsmi saytı oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkanı qəsəbəsini erməniəsilli məkan kimi təqdim edib.
 
Yazıda bildirilir ki, "Dalğa Arena" Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsi"ndə yerləşir: "Amma burada ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir". 
 
Bundan başqa baş məşqçi Oleq Bejenar oyunöncəsi mətbuat konfransında səhvən Azərbaycanı Özbəkistan kimi tələffüs edib və dərhal səhvini düzəldib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right