Almaniya millisinin üzvü Lukas Podolski UEFA-nın "Avro-2016"da etdiyi dəyişikliklərə sərt münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu bu sistemi mənasız adlandırıb: "Avro-206"nın qrup mərhələsi biraz qəribə keçdi. UEFA sistemdə axmaq dəyişikliklər edib. Düzdü, bizim üçün heç bir fərqi yoxdur amma baş şişirdən bir sistemdir.
Podolski 1/4 final mərhələsindəki rəqibləri haqda da danışıb:" Bizim üçün rəqibin İtalya və ya İspaniya olmasının heç bir fərqi yox idi. Komandamız 1/4-də daha aqressiv futbol oynayacaq. Hamı nə qədər güclü olduğumuzu görməlidir."
Ergün Seyid