"Avro-2016"-da İslandiya millisinə 2-1 hesabı ilə məğlub olan İngiltərənin baş məşqçisi Roy Hodgson istefa verib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra mətbuat konfransı keçirən baş məşqçi bunları deyib:"İşimin bir məğlubiyyətdən sonra bitməsinə görə üzgünəm. Amma bu futbolun bir parşasıdır. İndi bu gənc və uğura ac futbolçu qrupu ilə məsafə qət edəcək başqa birisinin iş başında olmasının zamanıdır. Əlimdən gələn tək şey İngiltərə millisinə ən gözəl arzularımı çatdırmaq və gələcəkdə böyük bir turnirin qalibi olmalarını arzulamaqdır"