"Bizi çətin oyun gözləyir. Avroliqada zəif rəqib olmur”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Daçiya”nın oyunçusu Simeon Bulqaru deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında Bakıda "Kəpəz”lə qarşılaşacaq Moldova təmsilçisinin kapitanı oyunöncəsi fikirlərini açıqlayıb: "Kəpəz”i zəif rəqib kimi qələmə versələr də, biz belə düşünmürük. Onların dayaq yarımmüdafiəçiləri yaxşı oynayır, cinahda da yaxşı çıxış edirlər. Hücuma aqressiv atılırlar. Kimin favorit olduğunu deməkdə çətinlik çəkirəm, ancaq bu an üçün düşüncələrimi soruşsanız, 45 - 55% onların xeyrinə deyərdim”.