Amerika kuboku: Çili finalda Argentinadan üstün oldu

ABŞ-da təşkil olunan  Amerika Kubokunun final matçı keçirilib.

Newsport.az-ın məlumatına görə, həlledici mərhələdə Argentina və Çili milli komandaları üz-üzə gəlib. 
 
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Oyuna artırılmış əlavə 30 dəqiqədə də hesab açılmayıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib  ki, burada Çili rəqibindən 4-2 hesabıyla üstün olub. Argentinadan Messinin penaltinin dəqiq yerinə yetirə bilməməsi gözlənilməz olub. 
 
Qeyd edək ki, Leonel Messi sözügedən finaldan sonra milli karyerasını başa vurduğunu açıqlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right