ŞOK: Messi milli karyerasını başa vurdu!

"Barselona"nın futbolçusu Lionel Messi Argentina milli komandasındakı karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu qərarını Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra açıqlayıb.
Ulduz futbolçu millidən gedişini belə şərh edib:“Mənim üçün Argentina yığmasında hər şey bitdi.Qərarımı çoxdan vermişəm. Bu oyun çox önəmli idi. Üçüncü dəfədir ki, finalda uduzuruq. Çox çalışırıq, amma alınmır. Bu, millidə son oyunum idi. Milli komandada oynamaq daha mənlik deyil”.

Qeyd edək ki, ABŞ-da keçirilmiş Amerika Kubokunun finalında Argentina Çiliyə penaltilər seriyasında uduzub - 2:4. Penaltilərdən birini Lionel Messi yerinə yetirə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right