Almaniya Bundes Liqasında mübarizə aparan "Borussiya” klubunda daha bir ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, Serbiya milli komandasının sabiq üzvü Neven Subotiç Dortmun təmsilçisini tərk edib.
Bu barədə 27 yaşlı mərkəz müdafiəçi şəxsi "facebook” hesabında məlumat verib: "Futbolçu çox sevirəm və futbolsuz yaşaya bilmirəm. Karyeram üçün önəmli olan vaxtı çox yaxşı futbolçularla birgə keçirdim. Formasını geyindiyim komandanın bir parçası olmaq və meydanda mübarizə aparmaq istəyirəm. Daha çox futbol oynamaq üçün "Borussiya”das ayrıldım. "Borussiya” həmişə mənim ürəyimdə olacaq”.
Qeyd edək ki, 2008-ci ildən "Borussiya”da çıxış edən Subotiç ötən mövsüm zədə səbəbindən cəmi 11 oyunda komandasına kömək etməyi bacarmışdı.
Onu da bildirək ki, Subotiç mövsüm başa çatdıqdan sonra "Borussiya”dan ayrılan üçüncü futbolçu olub. Bundan öncə İlkay Gündoğan ("Mançester Siti”) və Mats Mümmels ("Bavariya”) komandanı tərk etmişdi.